Xəzər Xəbər

Bu yeməkləri mikrodalğalı sobada isitməyin DİETOLOQDAN XƏBƏRDARLIQ

Cəmiyyət | 12:26 • 8 Aprel 2020
Bu yeməkləri mikrodalğalı sobada isitməyin

Bəzi qidaları mikrodalğalı sobadaisitmək olmaz.

Bunu həkim-dietoloq Yelena Solomatina "Veçernyaya Moskva” qəzetinə müsahibəsində deyib.

Bəzi qidalar isidilən zaman xeyirli təsirini itirir və bəzən zərərli maddə xüsusiyyəti qazanırlar. Məsələn,mikrodalğalı sobadaC vitamini, sadəcə, zərərsiz komponentlərinə parçalanır, amma rafinə edilməmiş (təmizlənməmiş) yağlar oksidləşir və kanserogenə (xərçəng şişlərini yaradan maddələrə) çevrilir.

Soyuducudan çıxardığınız tərəvəz salatını da isitmək lazım deyil. Bitkilərin tərkibindəki nitratlar qızdırıldıqda zəhərli maddə sayılannitrosaminə çevrilirlər.

Eyni zamanda, pəhriz üçün sodalı suyu isitməklə boğazınızı qorumağa çalışmayın. Onların tərkibində şəkər əvəzləyicisi yüksək hərarətdə isindiyi zaman siçan zəhəri ilə müqayisə edilə bilənzərərli maddəyə çevrilir.

Xəbər lenti