Xəzər Xəbər

Havanın istiləşməsi koronavirusa necə təsir edəcək? PROQNOZ

Cəmiyyət | 10:47 • 7 Aprel 2020
Havanın istiləşməsi koronavirusa necə təsir edəcək?

Virusoloq və Nyu-York Elmlər Akademiyasının üzvü Anatoli Altşteyn isti havanın koronavirusa təsirini proqnozlaşdırıb.

Rusiya mətbuatı xəbər verir ki, mütəxəssisin fikrincə, bahar istisi virusa yoluxma sürətinə o qədər də təsir etməyəcək. Ancaq yay yaxınlaşdıqda, onun yayılması yavaşlaya bilər. Eyni zamanda qeyd edib ki, tənəffüs xəstəliklərinin epidemiyaları ümumiyyətlə, ilin isti olmayan vaxtlarında baş verir, çünki yayda insanlar onlara daha az həssasdırlar.

Bundan əlavə, yoluxma faizinə vətəndaşların özünü təcrid etməsi və görülən digər tədbirlər təsir edəcək. Altşteyn qeyd edib ki, təxminən bir həftədən sonra nəticələr özünü göstərə biləcək.

Məlumat üçün bildirək ki, Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand koronavirusun yayılmasının birbaşa iqlimdən asılı olmasını təsdiq etməmişdi. Ekspertlər günəş işığının koronavirusun fəaliyyətinə müəyyən dərəcədə təsir etdiyini desə də, belə bir ifadə üçün güclü sübutların lazım olduğunu bildiriblər./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti