Xəzər Xəbər

Sosial yardımın təyin olunma müddəti bitən ailələrə yardımın verilməsi davam edəcək

Cəmiyyət | 16:38 • 2 Aprel 2020
Sosial yardımın təyin olunma müddəti bitən ailələrə yardımın verilməsi davam edəcək

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır. Nazirlər Kabinetinin "Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 1 aprel 2020-ci il tarixli Qərarı da bu məqsədə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Qərara əsasən, ölkədə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır.

Belə ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardımı ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq. Ailənin təkrar olaraq yardım üçün müraciət etməsinə ehtiyac qalmadan, eyni məbləğdə həmin yardımın xüsusi karantin rejimi dövründə də ödənişi davam edəcək.

Hazırda 70 minədək ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur və orta hesabla hər ailəyə aylıq 216 manat sosial yardım verilir.

Mart ayı ərzində 3516 ailəyə sosial yardımın verilmə müddəti başa çatsa da, yardımın ödənişi davam etdiriləcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
494 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti