Xəzər Xəbər

ISESCO koronavirus pandemiyası ilə bağlı rəqəmsal interaktiv platforma yaradıb

Cəmiyyət | 17:16 • 1 Aprel 2020
ISESCO koronavirus pandemiyası ilə bağlı rəqəmsal interaktiv platforma yaradıb

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) koronavirus pandemiyası ilə bağlı cəmiyyətin təhsil və mədəni həyatını davam etdirmək məqsədilə "Rəqəmsal ev” layihəsi çərçivəsində interaktiv platforma yaradıb.

Təşkilatın saytında Mərakeşin Məhəmmədiyə Alimlər Liqası ilə birlikdə platformanın məzmunu yerləşdirilib. Karantin rejimində evdə oturanlar üçün dini biliklər, ekstremizmə qarşı maarifləndirici kitablar, elmi və mədəniyyət muzeyləri ilə virtual tanışlıq təqdim edilir. Bundan başqa, İslam aləminin ən zəngin kitabxanalarının linkləri vasitəsilə müxtəlif kitabları oxumaq mümkündür.

ISESCO bütün üzv ölkələri bu təşəbbüsə qoşulmağa, rəqəmsal texnologiyalar vasitəsilə təhsil və mədəni həyatın davam etdirilməsini təmin etməyə çağırıb. Təşkilatın "Rəqəmsal ev” layihəsi çərçivəsində ərəb dili kursları da keçirilir. Bu məqsədlə "YouTube” sosial şəbəkəsində xüsusi kanal açılıb. (AZƏRTAC)

Xəbər lenti