Xəzər Xəbər

Azərbaycan əraziləri dronla dezinfeksiya ediləcək

Cəmiyyət | 16:10 • 31 Mart 2020
Azərbaycan əraziləri dronla dezinfeksiya ediləcək

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan "Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış "Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

AMEA-dan verilən məlumata görə, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan "Azeltech” MMC şirkətidir.

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur.

Xəbər lenti