Xəzər Xəbər

Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb? AÇIQLAMA

Cəmiyyət | 18:15 • 30 Mart 2020
Sumqayıt şəhərinə giriş-çıxış bağlanıb?

Sumqayıt şəhərinə giriş-çıxışın bağlanması ilə bağlı məlumatlar yayılıb.

Sosial şəbəkədə bununla bağlı fotolar paylaşılıb.

İddia edilir ki, şəhərin girişində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları avtomobilləri saxlayıb. Bu səbəbdən nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərinə avtomobillərin giriş-çıxışının bağlanmasına dair yayılan məlumatlar əsassızdır:

"Nəqliyyat vasitələrinin Sumqayıt şəhərinə giriş-çıxışı ilə bağlı qadağa yoxdur. Bu məlumatlar həqiqəti əks etdirmir. Sadəcə olaraq, şəhərin Yol Polis İdarəsinin əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər edir.

Ölkədə xüsusi karantin rejimi tətbiq edilir. Belə birvəziyyətdə avtomobil yollarında bu qədər nəqliyyatın olması doğru deyil. Əməkdaşlar bir neçə avtomobili saxlayaraq tövsiyə ediblər ki, zərurət olmadığı halda evdən çıxmasınlar. Müntəzəm olaraq bu istiqamətdə sürücülər və vətəndaşlarla profilaktik söhbətlər aparılır”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
513 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti