Xəzər Xəbər

Koronavirus hansı xəstəliklərlə paralel daha təhlükəli ola bilər? - AÇIQLAMA

Cəmiyyət | 10:54 • 30 Mart 2020
Koronavirus hansı xəstəliklərlə paralel

"Xüsusilə kardioloji, böyrək problemləri olan insanlar diqqətli olsunlar”.

Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov deyib.

O bildirib ki, koronavirus xüsusilə orqanizmdə müəyyən xəstəlikləri olan insanlar üçün təhlükəlidir:

"Bütün ixtisaslar üzrə həkimlərimiz, tibb müəssisələrimiz hazırlıqlı olmalıdırlar. Bildiyiniz kimi, koronavirus xüsusilə paralel xəstəlikləri olan insanlara qarşı amansız olur. Kardioloji, böyrək problemləri olan insanlar öz sağlamlıqlarını maksimum dərəcədə qorumalıdırlar”./Oxu.az

Xəbər lenti