Polis paytaxtda xüsusi karantin rejim qaydalarının pozulması hallarına qarşı tədbirləri davam etdirir.
Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 29-da saat 00:00-dan etibarən əhalinin hərəkəti üzrə bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.
Şəhər sakinlərini xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq. Qaydalara əməl etməyən şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.