Xəzər Xəbər

Bakıda pnevmoniyadan ölən altı yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 13:38 • 28 Mart 2020
Bakıda pnevmoniyadan ölən altı yaşlı uşaqla bağlı

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” martın 26-da, saat 12:30-da Bakının Yasamal rayonunda, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2014-cü il təvəllüdlü Fərhad Əliyevin vəfat etməsi məsələsinə münasibət bildirib.

TƏBİB-in Mətbuat Katibi Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyini gözləmək lazımdır:

"Uşaq xəstəxanaya çatdırılan zaman vəfat edib. Kəskin qarın simptomu diaqnozu ilə xəstəxanaya daxil olub”.

Xəbər lenti