Xəzər Xəbər

Azərbaycana daxil olan tranzit yük nəqliyyat vasitələrinin hərəkəti təmin edilir - FOTO

Cəmiyyət | 15:08 • 27 Mart 2020
Azərbaycana daxil olan tranzit yük nəqliyyat vasitələrinin hərəkəti təmin edilir -

Azərbaycan Respublikasında koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq, qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayiəti ilə hərəkəti təmin edilməkdədir.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a bildirilib ki, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Xidməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir. Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti