Xəzər Xəbər

“Həftələrlə xəstəxanada qala, ölə bilərsiniz” – ÜST-dən xəbərdarlıq

Cəmiyyət | 20:21 • 21 Mart 2020
“Həftələrlə xəstəxanada qala, ölə bilərsiniz”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanı cənginə almağa başlayan yeni tip koronavirusla (Kovuid-19) bağlı dünya gənclərinə çağırış edib.

ÜST-ün direktoru Tedros Adxanom Gebreyesus məsələ ilə əlaqədar İsveçrənin Cenevrə şəhərində internet üzərindən toplantı keçirib.

Gebreyesus bildirib ki, gənclər xəstəlikdən əlamətlərini göstərmədən sağala bilirlər, amma bu hal digər insanların yoluxmasına yol açır:

"Siz də məğlubedilməz deyilsiniz, bu virus həftələrlə xəstəxanalarda yatmağınıza yol aça, hətta sizi öldürə bilər. Xəstələnməsəniz belə, gedəcəyiniz yerlə bağlı seçimləriniz başqa birinin həyatı və ölümü arasında fərq yarada bilər”./teleqraf

Xəbər lenti