Xəzər Xəbər

Azərbaycanda yeni gübrələrin istehsalına icazə verildi

Cəmiyyət | 16:14 • 19 Mart 2020
Azərbaycanda yeni gübrələrin istehsalına icazə verildi

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda yaradılan "Azofos” və "Azofos K” gübrələrinin istehsalı üçün İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi lisenziya verilib.

Akademiyadan xezerxeber.az-a verilən məlumata görə, sözügedən gübrələrin AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti "İNKOR” MMC ilə birgə istehsal texnologiyası hazırlanıb.

"İNKOR” MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən gübrə təchizatçısı kimi qeydə alınıb və "Azofos” və "Azofos K” gübrələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində mineral gübrə siyahısına əlavə olunub.

"Azofos” və "Azofos K” gübrələri müstəqil Azərbaycanda istehsalı təşkil olunan ilk iki (N, P) və üç (N, P, K) qida elementli gübrələrdir.

"Azofos K” gübrəsi 2019-cu ildə "Az-Granata” MMC-nin 28 hektar üzüm bağında və 290 hektar nar bağında istifadə edilib. Nəticədə 253 ton əlavə üzüm və 1450 tondan artıq nar götürülüb.

Bundan əlavə, "Azofos K” gübrəsi pambıq, buğda, arpa, qarğıdalı, yonca bitkilərinin becərilməsində də uğurla sınaqdan keçib. Gübrələrin geniş sahə sınaqlarından keçirilməsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları da yaxından iştirak ediblər.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
452 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti