Xəzər Xəbər

Təhsil Nazirliyindən universitetlərə təklif

Cəmiyyət | 15:39 • 18 Mart 2020
Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə "Microsoft Teams” platformasından istifadəni təklif edib.

Nazirlikdən verilən məlumata görə, "Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

• Video bağlantı vasitəsilə məsafədən təhsil vermə;

• Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

• Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

• Böyük həcmli materialların yerləşdirilməsi;

• Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

• Qiymətləndirmənin aparılması alətlərində istifadə;

• Qrup işinin təşkili.

"Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə "Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.

Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti