Xəzər Xəbər

Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

Cəmiyyət | 11:05 • 18 Mart 2020
Koronavirus təhlükəsi azərbaycanlı zəvvarların Həcc ziyarətinə təsir göstərməyib

Koronavirus təhlükəsi hələ ki, azərbaycanlı zəvvarların Həcc ziyarətinə hər hansı təsir göstərməyib.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Həcc ziyarətinə sənəd qəbulu davam edir. Sənəd qəbulu başlanan gündən Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edənlərin sayı artıq 250 nəfəri ötüb.

Qeyd edək ki, ziyarətin qiyməti 4490 dollar olacaq. Ötən il isə bu məbləğ 4285 dollar təşkil edib. Bu, otel xidmətlərində olan qiymət artımı və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanıb.

Xəbər lenti