Xəzər Xəbər

Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Cəmiyyət | 09:45 • 18 Mart 2020
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq

Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” kanalında yayımlanan "Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bununla əlaqədar martın 11-dən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

İbtidai sinif şagirdləri üçün "Azərbaycan dili”, "Riyaziyyat”, "Həyat bilgisi”, "Təsviri incəsənət”, "Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə "Azərbaycan dili”, "Riyaziyyat”, "Xarici dil”, "Tarix”, "Coğrafiya”, "Kimya”, "Fizika”, "Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar