Xəzər Xəbər

AMEA: Koronavirusa yoluxmanın azaldılması istiqamətində araşdırmalar davam etdirilir

Cəmiyyət | 14:59 • 17 Mart 2020
AMEA: Koronavirusa yoluxmanın azaldılması istiqamətində araşdırmalar davam etdirilir

Koronavirus pandemiyasının vüsət alaraq dünya əhalisi üçün qorxunc bir xəstəliyə çevrilməsi, eyni zamanda ölkəmizdə yayılma təhlükəsi maarifləndirmə işlərinin gücləndirilməsi, elmi müəssisələrin ciddi tədqiqatlar apararaq müvafiq tədbirlər görməsi zərurətini ortaya qoyub.

AMEA-dan xezerxeber.az-a verilən məlumata görə, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamında AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) mütəxəssislərinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, məlumat xarakterli materialların dərc olunması ilə bağlı tapşırıqlar verilib.

Bu məqsədlə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronavirusdan qorunmaq üçün elmi maarifləndirmə işləri aparılır, profilaktik tədbirlərin görülməsi ilə virusa yoluxma hallarının azaldılması istiqamətində araşdırmalar davam etdirilir.

İnstitutun əməkdaşları tərəfindən müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün istifadə olunan vaksinlər, onların növləri, hazırlanması prosedurları tədqiq olunur. Həmçinin koronavirusun diaqnostikası üçün nəzərdə tutulan test sistemlər, xəstəliyin dinamikasını izləməyə imkan verən metodlar, SARS-CoV-2 virusunu qısa müddətdə çox sayda nümunədə aşkar etməyə imkan verən seroloji diaqnostika kitləri araşdırılır, bu barədə məlumatlar ictimaiyyətə ötürülür.

Qeyd olunub ki, hazırda AMEA-nın inzibati binalarında dezinfeksiya işləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti