Xəzər Xəbər

Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq

Cəmiyyət | 13:48 • 17 Mart 2020
Özəl tibb müəssisələrində yoxlamalar aparılacaq

Azərbaycanda özəl tibb müəssisələrində yoxlamaların aparılması barədə qərar qəbul olunub.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilin yanvarın 1-ə qədər dayandırılıb: "Lakin burada istisnalar mövcuddur. Bu istisnalar dövlət təhlükəsizliyinə və iqtisadi maraqlara təhlükə yarana hallarda dövlət orqanlarına yoxlamalar aparmağa icazə verir. Təqdim olunan qanuna əsasən, həmin istisnaya özəl tibb fəaliyyəti subyektlərində yoxlamalar da əlavə olunur”.

Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
366 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti