Xəzər Xəbər

Paytaxtda itkin düşən üç nəfər tapılaraq ailəsinə təhvil verilib

Cəmiyyət | 11:35 • 17 Mart 2020
Paytaxtda itkin düşən üç nəfər tapılaraq ailəsinə təhvil verilib

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 24 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a bildiriblər ki, onlardan altısı əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Cinayətlərin ikisi narkotiklərlə bağlıdır. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 faktın üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 9 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan üç nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xəbər lenti