Xəzər Xəbər

Bakıda piyadanı öldürən sürücüyə bəraət verilib

Cəmiyyət | 10:53 • 17 Mart 2020
Bakıda piyadanı öldürən sürücüyə bəraət verilib

Binəqədi rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rüfət Kazımovun cinayət işi üzrə məhəmə prosesi başa çatıb.

Sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, R. Kazımovun əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb.

Hökmlə razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisi şikayət verib. Bakı Apelyasiya Məhkəməsində hakim Mizəli Abbasovun sədrliyi keçirilən prosesdə zərərçəkən şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib və Binəqədi rayon Məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Şəhər sakini Rüfət Kazımovun idarə etdiyi "Nissan Teana” markalı, 90-SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən piyada Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Xəbər lenti