Xəzər Xəbər

AZAL bir sıra istiqamətlər üzrə uçuşları dayandırır

Cəmiyyət | 20:43 • 15 Mart 2020
AZAL bir sıra istiqamətlər üzrə uçuşları dayandırır

"Azərbaycan Hava Yolları” (AZAL) və əcnəbi aviaşirkətlər tərəfindən bir sıra istiqamətlər üzrə uçuşlar müvəqqəti dayandırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber,az-a bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır:

- 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;

- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;

- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;

- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;

- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;

- 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;

- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;

- 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;

- 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;

- 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

Xəbər lenti