Xəzər Xəbər

Alimlərdən MARAQLI ARAŞDIRMA Köklüyə yol açan səbəb açıqlandı

Cəmiyyət | 11:24 • 13 Mart 2020
Alimlərdən MARAQLI ARAŞDIRMA

Yuxusuz gecələr kaloriyə çevrilir.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, Amerika Biokimya və Molekulyar Biologiya Dərnəyi artıq çəki ilə bağlı qeyri-adi araşdırma aparıb. Təcrübədə 15 gənc iştirak edib. Onlar əvvəlcə bir həftə evdə rahat istirahət edib, sonrakı 10 iş günündə beş saatdan çox yatmağa icazə verilməyib.

Araşdırma çərçivəsində iştirakçılara yüksək yağlı qidalar verilib, ancaq yuxusuzluq nəticəsində yeməkdən daha az məmnun olduqlarını hiss ediblər. Yuxu çatışmazlığının metabolizmaya təsirini izləmək üçün iştirakçılar qan analizləri verib. Təhlillər göstərib ki, yuxu çatışmazlığı yeməkdən sonra lipid mübadiləsinə mənfi təsir edir. 10 gündən sonra könüllülər on saat yata bilib. Nəticədə maddələr mübadiləsinin yaxşılaşdığı məlum olub, lakin ilkin səviyyədə bərpa olunmayıb.

Tədqiqat bədənin yuxusuzluğa maddələr mübadiləsinin pozulması və yağlanması ilə reaksiya verdiyini ortaya qoyub. Yuxusuzluq çəkinin artmasına səbəb olur, bu, nəinki aclıq hissini artırır, eyni zamanda kalorinin yandırılma sürətini də yavaşladır. Buradan belə çıxır ki, yuxu rejiminin normal olması köklüyün qarşısını ala bilər.

Yeri gəlmişkən, başqa bir araşdırma yuxusuzluğun insanın qeyri-sağlam qidalanmasına gətirib çıxardığını ortaya qoyub. İsveçrə alimləri isə sübut edib ki, hətta yuxusuz keçirilmiş bir gecə ertəsi gün maddələr mübadiləsini ləngidir./publika.az

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti