Xəzər Xəbər

Türkiyəli professor: Havaların isinməsi koronavirusun yayılma tempini azaldacaq

Cəmiyyət | 16:39 • 9 Mart 2020
Türkiyəli professor: Havaların isinməsi koronavirusun yayılma tempini azaldacaq

Son zamanlar bütün dünyanı təşvişə salan yeni növ koronovirusun (COVİD-19) havaların isinməsi ilə nə cür dəyişəcəyi hamı üçün maraqlıdır.


Bəzi mütəxəssislər xəstəliyin hava temperaturunun artması ilə yox olacağını bildirsələr də, bir çoxları bunu təkzib edir.


Bu barədə Türkiyənin İnfeksion Dərnəyinin rəhbəri, professor Alpay Azap məlumat verib.


Bildirilib ki, bu virusun yaxın keçmişdə meydana çıxmış SARS infeksiyası kimi yox olması gözlənilməsə də, hava temperaturunun artması onun yayılma tempini kəskin azalmasına təsir edəcək. Belə ki, yüksək temperaturda virusun sağqalma müddəti azalır və yoluxdurma qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşür.

Xəstəliyin nəfəs yolu ilə insandan-insana ötürüldüyü artıq hamımıza bəllidir. Bu, əsasən qapalı şəraitdə baş verir. Burada havaların isinməsi ilə insanların vaxtlarını daha çox açıq havada keçirmələri də mühüm rol oynayır.

Professorun fikrincə, havaların daha çox isti keçdiyi bölgələrdə xəstəliyin azalacağı yaxın günlərdə müşahidə ediləcək. (AZƏRTAC)

Xəbər lenti