Xəzər Xəbər

Koronavirusa qarşı vaksin üçün 200 min dollar mükafat təsis edildi

Cəmiyyət | 15:42 • 3 Mart 2020
Koronavirusa qarşı vaksin üçün 200 min dollar mükafat təsis edildi

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) COVID-19 virusuna qarşı vaksin yaradılmasına görə 200 min dollar məbləğində mükafat təsis edib. AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.


Qeyd olunub ki, pul mükafatı koronavirusa qarşı vaksin hazırlayacaq şəxsə və ya tədqiqat aparan qrupa veriləcək. ISESCO-nun baş direktoru Salim Əl-Malikin sözlərinə görə, təşəbbüs qlobal pandemiya təhlükəsi yaradan virusun qarşısının daha tez alınması məqsədilə irəli sürülüb. O əlavə edib ki, koronavirus qlobal sosial-iqtisadi böhrana da səbəb ola bilər. "Mükafatın təsis edilməsi ISESCO-nun elmi tədqiqatların dəstəklənməsi çərçivəsində həyata keçirilib. Biz hökumətləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti institutlarını bu təhlükəli virusun qarşısının alınması üçün səyləri birləşdirməyə çağırırıq", -deyə Əl-Maliki vurğulayıb.


ISESCO-nun baş direktoru koronavirus infeksiyasından vəfat edənlərin ailələrinə başsağlığı verib, müalicə olunan şəxslərə tezliklə şəfa tapmalarını arzulayıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
511 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti