Xəzər Xəbər

Novruz bayramı ilə bağlı əhaliyə müraciət

Cəmiyyət | 12:55 • 3 Mart 2020
Novruz bayramı ilə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.


Nazirlikdən verilən məlumatda bildirilir ki, xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır. Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır. T


onqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır.


Unutmayın ki, qaydalara biganəlik - həyatımıza təhlükədir!


Təhlükə zamanı 112-yə zəng edin!

Xəbər lenti