Xəzər Xəbər

IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilir

Cəmiyyət | 09:02 • 1 Mart 2020
IX sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi keçirilir

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilir.


Xezerxeber.az xəbər verir ki, ümumilikdə 39 966 (Bak şəhəri Yasamal rayonunda 2 980, Binəqədi rayonunda 4 508, Səbail rayonunda 1 658, Xətai rayonunda 3 929, Xəzər rayonunda 3 275, Nərimanov rayonunda 2 907, Suraxanı rayonunda 3 181, Sabunçu rayonunda 5 165, Nəsimi rayonunda 2 571, Qaradağ rayonunda 2 307, Nizami rayonunda 2 492, Pirallahı rayonunda 420, Naxçıvan Muxtar Respublikasında 3 536, Şirvan şəhərində 1 037) nəfər IX sinif şagirdinin imtahan verməsi nəzərdə tutulur.


İmtahan saat 11:00-da başlanır.


İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. Həmçinin imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.


IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 87 imtahan binası, 87 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 3 145 nəzarətçi müəllim, 268 buraxılışı təşkil edən əməkdaş, 87 bina nümayəndəsi ayrılıb.

Xəbər lenti