Xəzər Xəbər

Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib

Cəmiyyət | 16:28 • 28 Fevral 2020
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib

Azərbaycanda ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib.


Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.


Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin yeni təsdiq etdiyi "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” adlı sənəddə öz əksini tapıb.


C.Valehov əlavə edib ki, əvvəl müxtəlif fövqəladə hallarla bağlı həm bütün ölkə ərazisində, həm də ayrı-ayrı ərazi vahidlərində tədris ilinin müddəti və ya tətil günlərində dəyişiklik etmək səlahiyyəti Təhsil Nazirliyinə məxsus idi. Yeni sənədə görə isə bütün ölkə ərazisində ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı ilə edilə bilər. Ayrı-ayrı ümumtəhsil müəssisələrində isə müddətlər Təhsil Nazirliyinin əmri əsasında dəyişdirilə bilər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar