Xəzər Xəbər

Ov mövsümü martın 7-də bitəcək

Cəmiyyət | 16:56 • 27 Fevral 2020
Ov mövsümü martın 7-də bitəcək

Martın 7-də rəsmi olaraq ov mövsümü bitəcək. Həmin tarixdən sonra ov icazələrinin verilməsi dayandırılacaq. Martın 7-dən növbəti ov mövsümünədək ovçuluq fəaliyyəti ilə məşğul olmaq qadağandır.


Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.


"Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü başladığından onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur. Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində açılması gözlənilir. Mövsüm başlayan zaman hər il olduğu kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub”, - deyə departamentin rəhbəri diqqətə çatdırıb.


H.Əlizadə bildirib ki, ötən illərlə müqayisədə 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Buna səbəb müraciətlərin çoxluğu olub: "Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən qeydə alınır. Statistikaya görə, gənclər ova meyil etmirlər. Daha çox 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri ovçuluq fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edirlər. Onu da qeyd edim ki, az sayda da olsa ovçu qadınlarımız da var”.


Departamentin direktoru ov qaydalarını pozan yerli və xarici vətəndaşların sayı haqqında da məlumat verib: "Son ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Belə ki, onlardan 10 nəfərinin Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət edilib. Ov qaydalarını pozan Azərbaycan vətəndaşlarının sayı isə 200-ə yaxındır. Onlar əsasən ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Ov qaydalarını pozan yerli vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimələniblər”.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
534 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti