Xəzər Xəbər

Ötən gün borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılıb

Cəmiyyət | 16:15 • 27 Fevral 2020
Ötən gün borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılıb

Ötən gün törədilmiş 23 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, bir nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti