Xəzər Xəbər

Avtovağzaldan yeni tunel çəkilə bilər

Cəmiyyət | 16:56 • 21 Fevral 2020
Avtovağzaldan yeni tunel çəkilə bilər

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığından yeni tunelin çəkilməsi ilə bağlı layihəni hökmətə təqdim edib.

XəzərXəbər xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə Bakı Nəqliyyat Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə nəzərdən keçiriləcək və təsdiq edildikdən sonra tikinti işlərinə başlanılacaq.

Xəbər lenti