Xəzər Xəbər

Fiziki hərəkətlər yaddaşı yaxşılaşdırır

Cəmiyyət | 14:09 • 14 Fevral 2020
Fiziki hərəkətlər yaddaşı yaxşılaşdırır

Mütəmadi fiziki hərəkətlər sağlam həyat tərzinin əsas komponentidir, lakin onların üstünlükləri əzələlərin güclənməsindən və çəki itkisindən daha yüksəkdir.


AZƏRTAC "Medical Forum”a istinadla xəbər verir ki, Merilend Universitetinin alimləri gündə 30 dəqiqəlik hərəkətin yaddaşı yaxşılaşdırdığını müəyyənləşdiriblər.

Onların araşdırması Beynəlxalq Neyropsixoloji Cəmiyyətinin jurnalında dərc edilib. Məqsəd, məşq və idrak funksiyaların arasındakı əlaqəni anlamaqdır.


Uzun məşqlərin idrak funksiyalarına təsirinə aydınlıq gətirmək üçün alimlər məşq seansından sonra semantik yaddaş tapşırığı zamanı beynin aktivləşməsini araşdırıblar. Onlar 26 iştirakçı (55 yaşdan 85 yaşa qədər) cəlb ediblər, nəzarət üçün funksional maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə olunub.


Sürətli hərəkətlər yaddaşın aktivləşməsinə səbəb olub. Alimlər iştirakçıların xüsusi düşərgəsində fiziki hərəkətlərdən sonra istirahət ilə müqayisədə daha böyük aktivləşmənin baş verdiyini müəyyən ediblər. Tədqiqatçılar düşünürlər ki, fiziki məşqlər neyrotransmitterlərə, sinir sisteminin böyüməsinə, ümumi beyin fəaliyyətində əsas rol oynayan qısamüddətli amillərə təsir edir. Bu təsir sinir aktivləşməsinin artmasına səbəb olur.


Müəlliflər izah edirlər: "Əzələ hərtərəfli fəaliyyətə uyğunlaşdığı kimi, xatirələri daha effektiv canlandırmaq, funksionallığı təmin etmək və adaptasiya olmaqla yanaşı, neyron sinir sisteminin xüsusi fəaliyyətini çevikləşdirə bilər”.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
449 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti