Xəzər Xəbər

Yüksək təzyiqdən xilas olmaq üçün 7 ƏLA VASİTƏ

Cəmiyyət | 10:30 • 14 Fevral 2020
Yüksək təzyiqdən xilas olmaq üçün

Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir. Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır. Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiqi aşağı salmağa yardım edə bilir.

XəzərXəbər Rusiya KİV-lərinə istinadən sizə bu məhsulları təqdim edir:

Püstə

”Hipertoniya” jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 1 ovuc püstə yemək arterial təzyiqi salmağa kömək edir.

Kətan toxumu

Qidalı liflərlə zəngin olan kətan toxumu təzyiqi salır. Mütəxəssislər kətan toxumunu hər gün salatlara, sıyıqlara əlavə etməyi tövsiyə edirlər.

Nar şirəsi

Bu ən güclü təzyiqi salan təbii vasitədir.

Sarımsaq

Sarımsağın tərkibində olan "allisin” adlı maddə təzyiqi salmağa yardım edir. Mütəxəssislər sarımsağı çiy halda yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya sarımsağ əzənlə sıxın. Bu zaman sarımsaqda olan faydalı maddələrin miqdarı artır.

Hibiskus çayı

Mind Body Green nəşri yazır ki, hibiskus çayı xalq təbabətində təzyiqi salmaq üçün istifadə olunur. Bu çay həmçinin qan dövranını yaxşılaşdırır və ürək-damar xəstəliklərinin riskini azaldır. Hibiskus xalq arasında daah çox "Məkkə gülü” kimi tanınır.

Çuğundur şirəsi

Ürəyin normal fəaliyyəti üçün ən vacib 2 maddə - kalium və maqneziumdan əlavə çuğundur şirəsinin tərkibində nitratlar da var. Bu maddələr damarları genişləndirir və təzyiqi salır. Mütəxəssislər hipertoniyadan əziyyət çəkənlərə hər gün çuğundur şirəsini içməyi tövsiyə edirlər. Qida mütəxəssisləri çuğundur şirəsini yarıbayarı su və ya kök şirəsi ilə qarışdırmağı məsləhət görürlər.

Somon balığı("losos")

Circulation nəşrində dərc olunmuş araşdırma göstərib ki, omeqa-3 yağlı turşularla zəngin olan somon ürəyin sağlamlığını qoruyur və təzyiqi aşağı salır.

publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti