Xəzər Xəbər

Sosial xidmət müəssisələrindən 32 uşaq doğma ailələrinə qayıdıb

Cəmiyyət | 15:49 • 13 Fevral 2020
Sosial xidmət müəssisələrindən 32 uşaq doğma ailələrinə qayıdıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrində 1121 nəfər daimi dövlət təminatında yaşayır.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 294-ü sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olmaqla, Fondun 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində yaşayır.


Bildirilib ki, sosial xidmət müəssisələrdə yaşayan insanlar hərtərəfli qayğı, daimi yaşayış şəraiti, qida, geyim və tibbi-reabilitasiya xidmətləri ilə təmin olunurlar.


"Həmin müəssisələrdə sakinlərin normal yaşayışı, habelə reabilitasiya tədbirlərinə cəlb edilmələri üçün müasir tələblərə uyğun şərait yaradılıb. Eyni zamanda, uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, ümumən sosial xidmət müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması sahəsində də işlər aparılır. Onu da qeyd edək ki, bəzən valideynlər həmin sosial müəssisələrdəki uşaqları ilə görüşə gələrkən, bu müəssisələrdə aparılan reabilitasiya işləri nəticəsində övladlarının davranışında müsbət dəyişikliklər görərək onları yenidən ailələrinə qaytarırlar. Görülən tədbirlərin nəticəsi kimi, son bir ildə sosial xidmət müəssisələrindən 32 uşaq yenidən doğma ailələrinə qayıdıb", - məlumatda qeyd olunub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti