Xəzər Xəbər

TƏBİB Biləsuvarda bir ailənin 4 üzvünün qidadan zəhərlənməsinə aydınlıq gətirib

Cəmiyyət | 11:56 • 3 Fevral 2020
TƏBİB Biləsuvarda bir ailənin 4 üzvünün qidadan zəhərlənməsinə aydınlıq gətirib

"Biləsuvarda bir ailənin 4 üzvü qidadan zəhərlənməyib”.

Bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslər özləri Kliniki Tibbi Mərkəzə müraciət ediblər: "Onlar ev şəraitində hazırlanan turşudan yeyib narahat olublar. Bu, qida zəhərlənməsi deyil. Həmin şəxslərdən üçünün vəziyyəti kafi qiymətləndirilib və evə buraxılıblar. Biri isə şöbədədir, o da evə buraxılacaq”.

Xəbər lenti