Xəzər Xəbər

Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət | 10:50 • 3 Fevral 2020
Azərbaycan çempionunun ölümü ilə bağlı cinayət işi başlanıb

Azərbaycan çempionunun dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.


APA-nın məlumatına görə, 2002-ci il təvəllüdlü Arzuman Abbasovun yaşadığ evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiz ekspertizalar təyin edilib.


Qeyd edək ki, hadisə ötən gün Ramana qəsəbəsi Bünyatzadə küçəsində ev 30/2-də qeydə alınıb. Həmin mənzildə yaşayan, 2002-ci il təvəllüdlü Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.


Onu da qeyd edək ki, Arzuman Abbasov qaydasız döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

Xəbər lenti