Xəzər Xəbər

TOEFL imtahanında 7 nəfər iştirak edib

Cəmiyyət | 14:46 • 2 Fevral 2020
TOEFL imtahanında 7 nəfər iştirak edib

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.


DİM-dən xezerxeber.az-a bildirilib ki, imtahan mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanda 7 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.


İmtahan nəticələrini 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq.


Qeyd edək ki, növbəti TOEFL imtahanının fevralın 15-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/

Xəbər lenti