Xəzər Xəbər

Parazitləri öldürən, bədəni toksinlərdən təmizləyən EFFEKTİV ÇAY

Cəmiyyət | 14:19 • 31 Yanvar 2020
Parazitləri öldürən, bədəni toksinlərdən təmizləyən

Sarıkök, darçın, zəncəfil və bir neçə ədviyyatdan hazırlanan bitki çayı parazitləri öldürməyə, bədəni toksinlərdən və şlaklardan təmizləməyə kömək edir.

XəzərXəbər oxucuları bitki çayının resepti ilə tanış edir.

Sarıkök

Sarıkökün müalicəvi xüsusiyyətləri hazırda olduqca populyardır. Kurkumin birləşməsi iltihabı azaldır, xərçənglə mübarizə aparır və ürək sağlamlığını dəstəkləyir.

Zəncəfil

Zəncəfil həzm və miqren problemlərini həll etməyə kömək edir. İltihab önləyici xüsusiyyətlərə malikdir və xərçəng kimi ölümcül xəstəliklərlə mübarizə aparır.

Darçın

Asiya ölkələrində bu ədviyyat qanda şəkərin səviyyəsini azaltmaq, ümumi soyuqluq, qrip və öskürək kimi virus infeksiyalarını müalicə etmək üçün geniş istifadə olunur.

Kardamon

Təbii şəkildə qan laxtasının meydana gəlməsinin qarşısını almaq istəyirsinizsə, kardamonun müalicəvi gücündən istifadə edin. Bu, damarların divarlarını təmiz saxlamağa və bədəndə qan dövranının düzgün getməsinə kömək edir. Böyrəklər vasitəsi ilə bədəndəki tullantıları da aradan qaldırmağa yardım edir.

Bal

Bal həm də dünyanın ən faydalı qidası adlanır. Çaya xoş dad verir və bədən üçün enerji mənbəyidir, immun sistemini gücləndirir.

Çayın tərkibi

zəncəfil - ½ çay qaşığı

darçın - ½ çay qaşığı

zərdəçal - 1/6 çay qaşığı

kardamon - 1 çimdik

su - 500 ml

bal - 1 çay qaşığı

Hazırlanması:

500 ml su götürün və aşağı istilikdə qaynadın. Ədviyyatları qaynadılmış suya əlavə edin və yaxşı qarışdırın. Suyu 5-10 dəqiqə qaynadın, içkinin soyuması üçün də eyni müddət tələb olunur. Suyu süzün və 1 çay qaşığı bal əlavə edin.

Çaydan hər gün səhər bir fincan içə bilərsiniz.

publika.az

Xəbər lenti