Xəzər Xəbər

Ölümcül virusdan necə qorunaq? Bakıda bunları edə bilərsiniz

Cəmiyyət | 16:13 • 30 Yanvar 2020
Ölümcül virusdan necə qorunaq?
Dünyanı Coronavirus dəhşəti bürüyüb. Virus ilk dəfə 1965 – ci ildə kəskin rinitli pasientdə tapılıb. Bu virus ailəsi quruluşuna görə taca bənzədiyinə görə Coronavirus ailəsi adlanır. Virus insanlar və pişik, quş, it, iribuynuzlu heyvanlar, donuz, dovşanlar arasında xəstəlik törədir. 2019-cu il dekabrın ortalarında Çində bu virusun yaratdığı xəstəlik geniş yayılmağa başladı. Xəstələnənlər arasında çox sayda vəfat edənlər var. Xəstəlik əsasən hava – damcı və fekal-oral yol ilə yoluxur.


Bu virus əsasən aşağıdakı sistemləri zədələyir:


• Tənəffüs sistemi

• Mədə-bağırsaq sistemi

• Sinir sistemi


Xəstəliyin ilk dövrlərində öskürək, temperatur, baş ağrı, ürəkbulanma, döş qəfəsində sıxıntı və s. əlamətlər olur. Bir neçə gündən sonra tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı ilə ağırlaşa bilir. Bu əlamətlər olduqda mütləq həkimə müraciət etmək lazımdır!


Fəsil dəyişkənliyi, havaların soyuması və xarici ölkələrlə əlaqənin olması ölkəmizdə bir çox xəstəliklərin, əsasən də virus mənşəli xəstəliklərin, o cümlədən Coronavirus-un baş qaldırmasına səbəb ola bilər.


Coronavirusdan necə qorunmaq olar? İnfeksiyadan qorunmaq üçün əlləri tez-tez yumaq, meyvə-tərəvəzi yaxşı yumaq, qapalı məkanlardan mümkün qədər uzaq olmaq, ictimai nəqliyyatda maska taxmaq, xəstəliyin əlamətləri olanlardan mümkün qədər uzaq olmaq, düzgün qidalanmaya, yuxu rejiminə riayət etmək və s.vacibdir.


Lakin bəzən bunlarda fayda vermir. Dahi alim Klod Bernardın sözləri ilə desək, "mikrob əsas deyil, əsas mühitdir”. Orqanizmin daxili mühitinin, immun sisteminin normallığı xəstəliklərdən qorunmağın ən doğru yoludur. Məlumdur ki, hətta epidemiya zamanı heç də hamı xəstəliyə yoluxmur. Bunu normal fəaliyyət göstərən immun sistemi ilə izah etmək olar.


XƏSTƏLİYİN PROFİLAKTİKASI müalicəsindən daha üstündür.


Xəstələnməmək və ya xəstəliyi yüngül keçirmək üçün immun sistemin düzgün fəaliyyət göstərməsi şərtdir. Sübut olunub ki, immun hüceyrələrin normal fəaliyyəti üçün orqanizmdə vitamin C kifayət qədər olmalıdır, orqanizmdə vitamin C-ni ən çox immun hüceyrələr istifadə edir.


Vitamin C çatışmazlıği infeksiyalara meyillik və residivləşən infeksiyalardan ibarət qüsurlu dövrana səbəb olur. Virus infeksiyalarından qorunmaq üçün İnfuzion 7.5 q – 50ml – lik Yüksəkdozalı vitamin C-dən istifadə edin. Bu sizi virus infeksiyasına yoluxmadan qoruyacaq! Yoluxmusunuzsa, xəstəliyin yüngül keçməsinə səbəb olacaq!


Virus infeksiyaları zamanı 7.5 q- 50 ml Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. 7.5 q- 50 ml Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri içərisində aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:


• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir

• Komplement sistemini aktivləşdirir

• İnterferon sintezini artırır

• Antioksidant təsir göstərir (antioksidant çatışmazlığı immun sisteminin işinə və sonda bizim sağlamlığımıza mənfi təsir göstərir).


İSTİFADƏ QAYDASI VƏ DOZASI:


- Yüksəkdozalı vitamin C 7,5 g - 50 ml məhlulu 100 ml izotonik natrium xlorid məhluluna əlavə edilərək həftədə 2-3 dəfə venadaxilinə yavaş - yavaş yeridilir.

7.5 q - 50 ml Yüksəkdozalı Vitamin C almaq üçün heç bir çətinliyiniz olmayacaq, belə ki, preparat ölkəmizin apteklərində sərbəst satışdadır.

fins.az

Xəbər lenti