Xəzər Xəbər

Yuxusuzluqdan əziyyət çəkənlər MÜTLƏQ OXUSUN! - Gün ərzində...

Cəmiyyət | 10:53 • 30 Yanvar 2020
Yuxusuzluqdan əziyyət çəkənlər

Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir.

Bu bitkidən həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur, müxtəlif sakitləşdirici, spazmolitik , köp əleyhinə dərman preparatları hazırlanır.

Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Eyni zamanda, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır, həzm sistemini yaxşılaşdırır.

Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq./publika.az

Xəbər lenti