Xəzər Xəbər

Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb - RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 16:41 • 28 Yanvar 2020
 Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb  -

"Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitdir”.


Bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, aparılan tədbirlər nəticəsində hələ ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi və Gömrük Komitəsi arasında çox sıx əlaqə yaradılıb. Birgə işlər aparılır, gündəlik məlumatlar verilir. Hələ ki, bu günə şübhəli xəstə aşkar olunmayıb. Buna baxmayaraq, sərhəd-keçid məntəqələrində termivizorlar tərəfindən bir qədər temperaturu olan xəstələr aşkar olunarsa, onlar barədə Səhiyyə Nazirliyinin Karantin Xidməti, eyni zamanda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar veriləcək. Həmin şəxslər üzərində inkubasiya dövrü, yəni 14 günə qədər müddətdə tibb müəssisələri tərəfindən nəzarət, müşahidə işi aparılacaq”.


A.Əliyeva qeyd edib ki, həm məktəblərdə, həm də məktəbəqədər müəssisələrdə müşahidələrin artırılması lazımdır: "Kimdəsə yüksək temperatur müşahidə olunarsa, həmin şəxslərin təcrid edilməsi və bu barədə ərazi Gigiyena Epidemiologiya mərkəzlərinə, oradan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə və Səhiyyə Nazirliyinə müraciət edilməlidir. Şübhəli hal olarsa, analizlər toplanmalı, hardan gəldiyi, Çinlə əlaqəsinin olub-olmaması, hər hansı xəstə ilə təması araşdırılmalıdır. Qrip xəstəliyinə görə yaxmalar götürülür. Hələ ki, ağır gedişli respiratur virus infeksiyalı, qripəbənzər xəstələrdən yaxma götürülür. Lazımı miqdarda aplikatorlar paylanılıb. Tək-tək hallarda mövsümi qrip halları aşkarlanır. Respirator virus infeksiyaları adi qaydada var, böyük artım yoxdur. BUnlar mövsümi qaydada qeydə alınır”. (APA)

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti