Xəzər Xəbər

Bu məktəblər üçün avtobuslar təşkil ediləcək Nazir

Cəmiyyət | 12:13 • 27 Yanvar 2020
Bu məktəblər üçün avtobuslar təşkil ediləcək

Birgə səyləmiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağımızı düşünürəm.

Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bidirib ki, valideynlərlə keçirilən görüşlərdə məktəblər üçün avtobusların təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

C.Bayramovun sözlərinə əsasən, Təhsil Nazirliyi bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq etməyə başlayıb:

"Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu ilə bu istiqamətdə işlər aparılır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səyləmiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər". (trend)

Xəbər lenti