Xəzər Xəbər

Sumqayıt və Gəncə şəhərlərində əlavə “ASAN xidmət” mərkəzləri tikiləcək

Cəmiyyət | 16:16 • 25 Yanvar 2020
Sumqayıt və Gəncə şəhərlərində əlavə “ASAN xidmət” mərkəzləri tikiləcək

Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakəndə və Bakıda "ASAN xidmət” mərkəzlərinin açılması nəzərdə tutulur. Eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində əlavə "ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq. Salyan və Lənkəran şəhərlərində də "ASAN xidmət” mərkəzləri tikiləcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.


Agentliyin sədri deyib ki, Prezident İlham Əliyev yanvarın 16-da "Naxçıvan şəhərində "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasına bununla bağlı müvafiq tapşırıqlar verilib. Yaxın günlərdə bu istiqamətdə tədbirlərə başlanılacağı gözlənilir.


Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət” mərkəzləri yaradılıb. Hazırda Azərbaycanda 16 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır.


Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti