Xəzər Xəbər

GÜNÜN QOROSKOPU Gözlənilməz çətinliklər yaranacaq

Cəmiyyət | 10:09 • 16 Yanvar 2020
GÜNÜN QOROSKOPU

XəzərXəbər dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç- qalan sahələrdə gün uğurludur. Cüzi səylərlə həm yeni, həm də ənənəvi işlərdə uğur əldə edə bilərsiniz. Maraqlı görüşlər mümkündür. Amma ciddi münasibətlərə (həm şəxsi, həm də işgüzar) başlamaq üçün tələsməsəniz yaxşıdır. Maliyyə işləri də tələskənliyi sevmir.

Buğa- yeni tanışlıqlar üçün yaxşı gündür. Taleyin sizi qarşılaşdırdığı insanlarda güclü təəssürat yaradacaqsınız. Lakin yeni romana başlamağa tələsməyin. Şəxsi həyatla bağlı qərarların qəbulunda həddindən artıq tələskənlik kədərli nəticələrə səbəb ola bilər.

Əkizlər- mənfi tendensiyaların təsiri hələ də güclüdür. Onun təsir dairəsinə şəxsi münasibətlər düşür. Bu isə o deməkdir ki, qohumlar və dostlarla incikliklər, sevgililər arasında münaqişələr ehtimalı çox yüksəkdir. Bundan qaçmaq asan deyil. Emosiyalarını nəzarət altında saxlamaq bütün Əkizlərə nail olmur.

Xərçəng- gün gözlənilmədən xoş xəbərlər gətirəcək. Narahatlıq və təlaşı unudaraq, bir anda müsbətə köklənə bilərsiniz. Gələcəyinizin asılı ola biləcəyi nüfuzlu şəxslə ünsiyyətdə özünüzü müsbət tərəfdən göstərmək şansını əldən verməyin. Köhnə tanışlarla fikir ayrılıqları istisna deyil. Lakin uzun çəkməyən mübahisədən sonra opponentləriniz sizin haqlı olduğunuzu etiraf etməli olacaqlar.

Şir- uğurlu bazarlıq ehtimalı var. Gün bayram hazırlıqları üçün münasibdir. Bu günə romantik görüşlər təyin etmək olar. Onlar sizin istədiyiniz kimi keçəcək. Enerji ehtiyatınız böyükdür, gün ərzində çox işi çatdıra biləcək və qətiyyən yorulmayacaqsınız.

Qız- çalışqan və həyata yaradıcı yanaşmağı bacaran Qızlar üçün əla gündür. Bürcün nümayəndələri bu gün əsl xariqələr yartmağa qadirdirlər. Hətta dünyanı yaxşılığa doğru dəyişdirmək missiyası da onlara qeyri-mümkün gəlməyəcək. Tamamilə yeni işə başlamağınız mümkündür.

Tərəzi- emosional fonun qeyri-sabitliyi o qədər də pis olmayan günü gərgin və yorucu edəcək. Təsadüflər uğursuz təsir bağışlayacaq, bəziləri hər bir xırdalıqda gələcək fəlakətlərin əlamətlərini axtaracaq. Daha həssas insanlar ruhi tarazlıqlarını ciddi şəkildə və uzun müddətə itirə bilərlər.

Əqrəb- gözlənilməz çətinliklər yaranacaq. Çıxılmaz hesab edəcəyiniz vəziyyətə düşəcəksiniz. Əsas məsələ günün birinci yarısında təslim olmamaqdır. Bu, çətin vaxtdır. Bir neçə saat dözün, həyat xeyli asanlaşacaq. İşdə gözlənilməz çətinliklər əmələ gələcək. Onların həllində təkcə partnyorunuz yox, həm də dostunuz olan müttəfiqləriniz sizə kömək edə bilərlər.
Tamaha qarşı müqavimət göstərmək çox çətindir. Bir çox Əqrəblər əvvəlki günlərdə özlərini saxladıqları addımı ata, məsələn, uyğun olmayan insanla romantik münasibətlərə başlaya bilərlər.

Oxatan- özünüzə yol açmaq qabiliyyətiniz bu gün daha parlaq şəkildə özünü büruzə verəcək. Siz yolunuzdakı istənilən maneəni aradan qaldırmağa qadirsiniz. İstənilən mübarizədən qalib çıxacaqsınız. Buna yalnız başlanmış işə marağın tamamilə itirilməsi mane ola bilər. Prioritetləriniz çox sürətlə dəyişir və ətrafdakılar bunu heç də həmişə başa düşə bilmirlər.

Oğlaq- sakit adamlar isə tədricən gerçəklikləri daha müsbət tərəfə qəbul etməyə nail olacaqlar. Bu gün çətin və yorucu işlərə girişməyə dəyməz. Yeni başlanğıclar ehtiyatlılıq tələb edir. Ailədəki mübahisələrdən qaçmağa çalışın. Bu gün yaranan mübahisələr uzun sürəcək.

Dolça- siz irəliyə doğru özünü doğruldan ləngliklə irəliləyirsiniz. Çünki tələsməklə bir çox maraqlı şeyi buraxa bilərsiniz. Ətrafdakılar sizi tələsdirməyə çalışırlar. Lakin bir neçə uğursuz cəhddən sonra onlar da başa düşəcəklər ki, sizin ritminizə uyğunlaşmaq daha asandır. Rəhbərliklə əla yola gedəcəksiniz və o, sizi mükafatlandıra bilər.

Balıqlar- gün ciddi yüklənmələrlə zəngin olacaq. Ona görə də xroniki xəstəliklərdən əziyyət çəkənlər sağlamlıqlarına qarşı xüsusi diqqətli olmalıdırlar. Özünüzü ənənəvi pəhrizdən saxlayın, orqanizminizin möhkəmliyini yoxlamağa cəhd göstərməyin. Alkoqoldan sui-istifadə qətiyyən yolverilməzdir.//Milli.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
381 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti