Xəzər Xəbər

Quru meyvələrin faydası

Cəmiyyət | 21:46 • 15 Yanvar 2020
Quru meyvələrin faydası

Soyuq fəsillərdə quru meyvələrə daha çox tələbat olur. Təbii yolla qurudulmuş meyvələrin tərkibində orqanizm üçün vacib maddələr var.


Xezerxeber.az tibbi saytlara istinadla xəbər verir ki, quru meyvələr nə çox bərk, nə də əziləcək qədər yumşaq olmalıdır, çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahat yeyilən olmalıdır. Meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığından xəbər verir. Həmin hal məhsulun keyfiyyətini aşağı salır.


Ərik qurusu həzm probleminə yaxşı təsir edir. Tərkibi bol miqdarda A, E, eləcə də B qrupu vitaminləri və kaliumla zəngin olan meyvə stressin də qarşısını alır, qan azlığını aradan qaldırır. Eyni zamanda görmə funksiyasını yaxşılaşdırır, immuniteti gücləndirir.


Banan qurusu karbohidratlarla zəngindir və bir çox xəstəliklərin dərmanıdır. Qan təzyiqini aşağı salır, hüceyrənin inkişafını, əzələ toxumasının tənzimlənməsini təmin edir, ürək döyüntüsünü normallaşdırır.


Gavalı qurusu da çox xeyirlidir. Tərkibində olan zəngin kalium və maqneziuma görə böyrək və revmatizm xəstəlikləri zamanı müsbət təsir göstərir, sümükləri möhkəmləndirir.

Xəbər lenti