Xəzər Xəbər

Azərbaycanın orqanik xəritəsi hazırlanacaq

Cəmiyyət | 13:49 • 18 Dekabr 2019
Azərbaycanın orqanik xəritəsi hazırlanacaq

Azərbaycanın orqanik xəritəsi hazırlanacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçılatı” İctima Birliyinin sədri Emin Əliyev Bakıda keçirilən "Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı" adlı konfransda deyib.

"Bununla bağlı təkliflər vermişik və layihə hazırlanıb. Layihənin yaxın günlərdə donor təşkilatlara təqdim edilməsi gözlənilir. Təbiiliyini qorumuş ərazilərin xəritəsi hazırlanacaq. Həmçinin orqanik məhsul istehsalçılarının məlumat mərkəzinin yaradılması da nəzərdə tutur" , - deyə E.Əliyev qeyd edib.

Qeyd edək ki, hazırda ölkədə setifikatlı 10 orqanik məhsul istehsalçısı şirkəti var.

Xəbər lenti