Xəzər Xəbər

Professordan ŞOKA DÜŞƏCƏYİNİZ AÇIQLAMA: Qidalara yuyucu məhlullar qatırlar

Cəmiyyət | 09:59 • 18 Dekabr 2019
Professordan ŞOKA DÜŞƏCƏYİNİZ AÇIQLAMA:

Süd istehsalı ilə məşğul olan bir çox şirkətlər məhsulun hazırlanmasında saxtakarlığa yol verir.

Bu barədə türkiyəli professor Özer Ergen məlumat verib.

Mütəxəssisin sözlərinə görə, bal, zeytun yağı, kərə yağı, ət və süd məhsulları alarkən diqqətli olmaq lazımdır.

Qida, gigiyena və texnologiya mütəxəssisi Özer Ergün bildirib ki, istehsalda edilən bəzi hiylələr ölüm riskinə səbəb olur:

"Bu gün keyfiyyətli balın çəkisinin qiyməti 50-70 TL-dən (15-20 manat) az ola bilməz. Ancaq bala qlükoza və qarğıdalı siropu əlavə etməklə ucuz məhsul əldə edilir və 15-20 lirəyə satılır. Bala baxanda saxta olub-olmadığını dərhal anlamaq mümkün olmur.

Kərə yağına marqarin və ya ucuz yağlar qatan şirkətlər də var. Zeytun yağına isə daha ucuz günəbaxan, palma və ya kanola yağı əlavə edilir.

Ət maşınından keçirilmiş məhsullara da çox miqdarda yağ və ya piy əlavə edilir. Bu zaman keyfiyyət aşağı düşdüyü üçün qiyməti də endirilir. Süd tez xarab olmasın deyə ona müxtəlif maddələr, hətta yuyucu məhlullar da qatılır.

Holland pendirlərinin istifadə müddəti başa çatana yaxın rəflərdən yığılaraq əridilir. İnək südündən hazırlanan pendirləri qoyun və ya camış pendiri kimi satmağa çalışanlar da var. Vicdanı olmayan bəzi istehsalçılar bunu edirlər”./publika.az

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti