Xəzər Xəbər

Yeni il hazırlığı başladı: Çin yolkaları dəbdə?..

Cəmiyyət | 12:21 • 17 Dekabr 2019
Yeni il hazırlığı başladı: Çin yolkaları dəbdə?..

Dekabr ayını yarılamışıq, bu isə 15 gün sonra yeni ilin gəlişindən xəbər verir. Bütün dünyada böyük təntənə ilə qeyd olunan bu bayrama ölkəmizdə də hazırlıqlar başlayıb. Ayın əvvəlindən şəhərin mərkəzi küçə və prospektləri bayram münasibəti ilə bəzədilib, şam ağacları quraşdırılıb.

Hər il olduğu kimi bu il də paytaxtda yeni il yarmarkaları əhalinin istifadəsinə verilib. Maraqlıdır, sakinlər bayrama necə hazırlaşır?

Bayrama hazırlıq üçün bazarlardakı qiymətləri araşdırdıq.

Yarmarkada müşahidə etdiyimiz alıcı bolluğu diqqətimizdən yayınmadı. Qiymətlərlə maraqlanmazdan əvvəl alıcıların fikrini öyənmək istədik: "Keçən illə müqayisədə qiymətlərdə artım var. Xüsusilə oyuncaqların qiymətləri artıb”.

Satıcılar isə əksini idda edirlər: "Qiymətlər demək olar ki, eyni qalıb. Artım və azalma yoxdur. Bəzi mallarda artım var, bu da vergilərin qalxması ilə bağlıdır”.

Yarmarkada yolkaların qiymətləri 9 manatdan 230 manata qədər dəyişir. Satıcıların sözlərinə görə, fərqin əsas səbəbi məhsulların istehsal olunduğu ölkələrə görədir: "Rusiya istehsalı olan yolkalar Çin istehsalı ilə müqayisədə daha bahadır. Bu da onun keyfiyyətinə təsir göstərir. Müştərilər qiymətinə görə Çin istehsalı olan yolkalara üstünlük verirlər”.

Milad ağacını bəzəyən rəngli oyuncaqların qiymətləri 1 mantdan 10 manata qədər dəyişir. Qutu şəklində satılan oyuncaqlar isə 2-45 manat aralığında satılır. Eyni zamanda bəzək işıqları keyfiyyətinə və ölçüsünə görə 5-12 manat arasında satılır.

Uşaqla gələn müştərilər gələn ilin simvolu olan siçana böyük maraq göstərirdilər. Bu oyuncağın qiyməti ölçü və musiqili olmasına görə 3 manatdan 12 manata qədər dəyişir. Bayramın əvəzolunmaz simvolu olan Şaxta babanın qiyməti 15-45 manat, Qar qız isə 20-35 manat aralığındadır.

Şarlar 10 qəpik, zərlər isə 1 manatdan 3 manata qədər satılır.

Satıcıların sözlərinə görə, orta boyda yeni il ağacını qurmaq üçün bir ailə 100-150 manatından keçməlidir: "Təbii ki, bu rəqəm alıcının istəyindən asılıdır. Yolkaların ölçüsü və oyuncaq miqdarına görə qiymətlər dəyişir”./teleqraf.com


Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti