Xəzər Xəbər

Baş Dövlət Yol Polisi İdarəsi piyadaların təhlükəsizliyinin təmini üçün məlumatverici lövhələr hazırlayıb

Cəmiyyət | 11:26 • 13 Dekabr 2019
Baş Dövlət Yol Polisi İdarəsi piyadaların təhlükəsizliyinin təmini üçün məlumatverici lövhələr hazırlayıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi piyadaların təhlükəsizliyini tam təmin etmək üçün məlumatverici lövhələr hazırlayıb.


Xezerxeber.az xəbər verir ki, lövhələr magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılıb.


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.


Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyadaların vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.


Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.


Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik piyadalar üçün 100-ə yaxın məlumatverici lövhə hazırlanıb.


Xosrov Nəcəfov onu da bildirib ki, gələcəkdə məktəblilərin, mal-qaranın keçdiyi ərazilər üçün də məlumatverici lövhələrin hazırlanması planlaşdırılır.

Xəbər lenti