Xəzər Xəbər

Bakıda bir ailənin 4 üzvü qidadan zəhərlənib

Cəmiyyət | 09:24 • 29 Noyabr 2019
Bakıda bir ailənin 4 üzvü qidadan zəhərlənib

Bakıda bir ailənin 4 üzvü zəhərlənib.


Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib: "Bir ailənin 4 üzvünün zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 22:27 də daxil olub. Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə KTM-ə çatdırılıblar. Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yemələrini bildiriblər. Hal-hazırda müalicələri davam edir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə, qızlara lazımi tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar".

Xəbər lenti