Xəzər Xəbər

Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub

Cəmiyyət | 14:59 • 28 Noyabr 2019
Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub

Qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gələn şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Hacıqabul şəhər sakini, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş T.Qasımovun tanışı olan bir qadının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədə-qorxu gəlib sonuncudan 300 manat pul alması barədə rayon polis şöbəsinə daxil olan müraciətlə əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində T.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti