Xəzər Xəbər

5 dekabrda ölkəmizdə 650 min ağac əkiləcək

Cəmiyyət | 14:24 • 28 Noyabr 2019
5 dekabrda ölkəmizdə 650 min ağac əkiləcək

Nəsimi ili ilə əlaqədar Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası 5 dekabr 2019-cu il tarixində gerçəkləşəcək.

XəzərXəbər xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. "Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək. "Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”.

Xəbər lenti